Accessibility links

Türkiyədə minlərlə məktəb və xeyriyyə təşkilatı bağlanıb


Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın üç ay müddətinə fövqəladə vəziyyət elan etməsindən sonra ilk sərəncamını verdiyi vaxt mindən çox özəl məktəb, xeyriyyə cəmiyyətləri və müxtəlif qruplar bağlanıb.

Keçən həftə hərbi çevriliş cəhdindən sonra prezident Ərdoğan şübhəlilərin ittiham irəli sürülmədən 30 günə qədər saxlanıla bilməsinə dair sərəncam verib. Əvvəl bu müddət dörd günlə məhdudlaşdırılırdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasında iclasdan sonra mətbuat konfransı zamanı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasında iclasdan sonra mətbuat konfransı zamanı

Fətullah Gülən hərəkatı ilə əlaqələri olmaqda şübhələrlə bağlı bağlanmış 1229 xeyriyyə təşkilatı və fond arasında 19 həmkarlar ittifaqı, 15 universitet və 35 tibbi müəssisə var. Ərdoğan keçən həftə hərbi çevriliş cəhdində müsəlman din xadimi Fətullah Güləni ittiham edib. Hazırda ABŞ-da yaşayan Gülən bu ittihamları rədd edir.

"Bəzi təxminlərə görə, hökumət qulluqçuları, hakimlər və ziyalılar daxil olmaqla, təxminən 50 min nəfər ya vəzifəsindən kənarlaşdırılıb, ya da saxlanılıb."

Türkiyədə çərşənbə günü elan edilmiş üç ay müddətində fövqəladə vəziyyət insan haqları qrupları və dünya liderləri tərəfindən Ərdoğanın yolunu opponentlərdən təmizləmək cəhdi kimi qiymətləndirilir. Bu, prezidentin və hökumətin parlamentin təsdiqi olmadan qanunlar qəbul edə bilməsinə imkan yaradır.

Hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılanların sayı 9 mindən artıqdır. Buraya 6 min hərbçi daxildir. Bəzi təxminlərə görə, hökumət qulluqçuları, hakimlər və ziyalılar daxil olmaqla, təxminən 50 min nəfər ya vəzifəsindən kənarlaşdırılıb, ya da saxlanılıb.

Polis zabitləri hərbi çevriliş cəhdi ilə əlaqədar qrupa aid olduğundan şübhələnilən hakimə hücumun qarşısını almağa çalışır

Polis zabitləri hərbi çevriliş cəhdi ilə əlaqədar qrupa aid olduğundan şübhələnilən hakimə hücumun qarşısını almağa çalışır

Türkiyə mətbuatının çərşənbə günü verdiyi məlumata əsasən, hökumət müəllimlərin Türkiyədən kənara çıxmasına qadağa qoyub. Bu qərar 1500 universitet dekanı da daxil olmaqla, Təhsil nazirliyinin 21 min işçisinin vəzifəsindən azad edilməsindən sonra verilib.

XS
SM
MD
LG