Accessibility links

Türkiyə seçki komissiyası bu gün elan edib ki, noyabrın 1-i ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bu bəyanat prezident Rəcəb Tayyip Ərdoğanın yeni parlament seçkilərinin keçirilməsini rəsmən istəməsindən bir gün sonraya təsadüf edir. Cənab Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) iyun ayında keçirilən seçkilərində parlamentdə 2002-ci ildən bəri əlində saxladığı üstünlüyü itirib. Bununla yanaşı, müxalifətin 2 aya yaxın davam edən koalisiya danışıqları nəticə verməyib.

Bu gün habelə cənab Ərdoğan baş nazir Əhməd Davutoğlundan noyabr seçkiləri öncəsi müvəqqəti hökumət təşkil etməyi istəyib.

Prezidentin rəqibləri onu koalisiya yaradılması səylərinin qarşısını almaqda ittiham edir. Onlar bildirir ki, Ərdoğan bu seçkilərlə öz partiyasına yenidən əksəriyyəri ələ almaq imkanı yaratmaq istəyir.

Türkiyədəki siyasi qeyri-müəyyənlik və eləcə də sərhəd bölgələrdə İslam Dövləti və kürd yaraqlıların ilə döyüşlər lirənin rekord səviyyədə aşağı düşməsinə səbəb olub.

XS
SM
MD
LG