Accessibility links

PKK yaraqlılarının Türkiyənin Tunceli vilayətinin Hozat şəhərində avtomobili partlatması nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

"Hürriyət" qəzetinin verdiyi məlumata görə, polis terrorçuları zərərsizləşdirmək üçün əməliyyata başlayıb.

Vilayətə əlavə qüvvələr və hərbi helikopterlər göndərilib.

Türkiyədən daxil olan digər xəbərdə Türkiyənin Bingöl vilayətində polisinin apardığı əməliyyat zamanı İŞİD terror təşkilatının 7 üzvü həbs edilib.

Türkiyədən daxil olan digər xəbərdə Türkiyənin Bingöl vilayətində polisinin apardığı əməliyyat zamanı İŞİD terror təşkilatının 7 üzvü həbs edilib. Həbs edilənlərin hamısı Türkiyə vətəndaşları olduğu bildirilir.

Ölkədə terrorla mübarizə səylərinin gücləndirilməsi səyləri çərçivəsindən bu gün polis xidmətinə seçim elan edilib. Bunu şənbə günü Türkiyənin daxili işlər naziri Süleyman Soylu təsdiq edib.

Onun sözlərinə görə, xidmətə 20 min nəfər qəbul ediləcək, onlardan 10 mini polisdə xüsusi təyinat xidmətində çalışacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Suriyanın şimalında İslam Dövləti qrupu ilə gedən döyüşlər zamanı Türkiyə hərbi qüvvələrinin iki əsgəri həlak olub, beş əsgər yaralanıb. Döyüş Suriyanın şimalında aparılan əməliyyatların 14-cü günündə Əl-Rai şəhəri yaxınlığında baş verib.

Əsgərlərin İslam Dövləti qrupunun raketlərinin Vuquf kəndində Türkiyənin iki tankını vurması nəticəsində həlak olduğu bildirilir.

XS
SM
MD
LG