Accessibility links

Türkiyədə təqiblər davam edir [Video]


Bir çox türkün çevriliş cəhdinə etiraz məqsədilə küçələrə çıxmasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə görünür hakimiyyətini daha da gücləndirir. O, ölüm cəzasını bərpa etmək üçün səylərini artırıb, onun tərəfdarları isə ona bu məsələdə yardım etmək məqsədilə gecələr küçələrdə təşkil etdikləri yürüşlərdə ölüm cəzasının bərpa edilməsinə dair çağırışlar edirlər. Ordu zabitləri və başqalarının kütləvi şəkildə həbsləri davam edir. Ərdoğanın tənqidçiləri isə onu siyasi rəqiblərinə qarşı təqibləri artırmaqda və hakimiyyətini daha da möhkəmləndirmək məqsədilə çevriliş cəhdindən sui-istifadə etməkdə ittiham edir.

Ərdoğanın tərəfdarları edam cəzasının bərpa edilməsinə dair çağırışlar edir.

Ərdoğanın portreti artıq müasir Türkiyənin banisi kimi dərin hörmət bəslənən Mustafa Kamal Atatürkün portretini əvəzləyir. Bu isə uğursuz çevriliş cəhdindən sonra hazırkı liderin gücünün artdığının göstəricisidir.

Təqiblərin davam etdiyi bir vaxt ölkədəki azlıqlar qorxur ki, artan millətçilik nəticəsində onlar yenidən hədəfə çevriləcəklər. İstanbulun Okmeydanı məhəlləsində İslamın ələvi məzhəbinin üzvləri xəbərləri narahtlıqla izləyirlər.

Ərdoğan tərəfdarlarını küçələrdə qalmağa çağırıb, onlar da hər gün onun çağırışlarına əməl edirlər.

“Kütlələri küçələrə çağırmaq da yeni siyasətdir. Onlar buna demokratiyanın qələbəsi olaraq başladılar , amma kütlələrdən təzyiq və qorxu elementi olaraq istifadə edirlər.”

Ərdoğan öz hakimiyyətini daha da möhkəmləndirdikcə çevriliş cəhdinin qarşısının alınmasının demokratiyanı gücləndirdiyi, yoxsa əksinə ölkəni daha da böldüyü məlum deyil.

XS
SM
MD
LG