Accessibility links

İstanbulda yeni aksiya başlayıb


Erdem Gunduz, left, and dozens of people stand silently on Taksim Square in Istanbul early Tuesday, June 18, 2013.

Erdem Gunduz, left, and dozens of people stand silently on Taksim Square in Istanbul early Tuesday, June 18, 2013.

Türkiyədə bu dəqiqələrdə Taksim meydanında minlərlə insan etiraz aksiyasına başlayıb. "Milliyet.com.tr" saytının məlumata görə yüzlərlə insan əllərində qərənfil meydana girməyə cəhd ediblər. Polisin müqavimətiylə qarşılaşan etirazçılar meydana daxil olmaqda çətinlik çəkiblər. Polis yalnız 9 nəfəri parka buraxıb. Etirazçılar hadisələrdə həyatlarını itirmiş insanları anaraq meydana güllər qoymaq istəyiblər.

Polisin sərt müqavimətini görən minlərlə etirazçı şüarlar səsləndirərək İstiqlal prospektinə doğru yürüşə başlayıblar. Daha sonra onlar höküməti istefa şüarları səsləndiriblər. Aksiya bu dəqilələrdə davam edir.

Bu gün baş nazir Rəsəv Tayyib Ərdoğan da Samsun şəhərində tərəfdarları qarşısında çıxış edib. O, bir daha etirazçıları tənqid edərək, polisin hərəkətlərinə bəraət qazandırıb.

XS
SM
MD
LG