Accessibility links

Türkiyədəki pakistanlı qaçqınların üzləşdiyi problemlər [Video]


Türkiyədəki pakistanlı qaçqınların üzləşdiyi problemlər
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Türkiyədəki pakistanlı qaçqınların üzləşdiyi problemlər

Dünyanın diqqətində Türkiyədəki suriyalı qaçqınlar olduğu bir vaxt Bodrumdakı pakistanlı mirqantların sayı suriyalılardan daha çoxdur

Türkiyə Cənubi Asiya və Yaxın Şərqdən olan qaçqınlar üçün Avropaya giriş qapısıdır. Dünyanın diqqətində Türkiyədəki suriyalı qaçqınlar olduğu bir vaxt Türkiyədəki şəhərlərdən birində Pakistandan olan mirqantların sayı suriyalılardan daha çoxdur.

Pakistandan olan bu miqrantlar ölkələri daha yaxşı maliyyə imkanları və təhsil üçün tərk ediblər. Onlardan bu gəncdir.

“Bizim ölkəmizdə bir çox problem var. Daja yaxşı gələcək üçün Avropaya gedirik. Gənclərin çox yaxşı həyat üçün orada oxumaq istəyir. Ancaq pulu olmayan oxuya bilməz” - Məhəmməd Əli adlı pakistanlı gənc bildirir.

Miqrantları bəziləri Türkiyəyə Almaniya və Fransa kimi daha zəngin Avropa ölkələrinə getmək üçün gəlsə də, bəziləri Türkiyədə qalıb işləmək istəyir. Ancaq bir neçə ay əvvəl anlayıblar ki, burada ümid etdikləri maliyyə imkanlarını əldə edə bilməyəcəklər.

“Türkiyədə pul problemdir. Ölkə və insanlar yaxşıdır, ancaq burada yetərli pul qazana bilmirəm. 5 uşağım var, ona görə də ailəmi saxlaya biləcək pul qazanmaq üçün İtaliya, Yunanıstan kimi ölkələrə getməliyəm” - deyə Əli Məhəmməd bildirir.

Bu miqrantlar onları dəniz yolu ilə Yunanıstan keçirəcəyini söz verən agentlərdən cavab gözləyir. Bu ağır səfər onlara 1200 dollara başa gələcək.

Türkiyə hökumətinin qayıq facilərini azaltmaq istiqamətində təhlükəsizlik tədbirlərini artırmasına baxmayaraq hələ də bu səfərin həyati təhlükəsi mövcuddur.

Körpə uşaqlarla müşayiət olunan bu miqrantların çoxu nə zaman mümkün olacağı bilinməyən daha təhlükəsiz keçid yollarına üstünlük verir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG