Accessibility links

Rəsmi Ankara Türkiyə kəşfiyyat zabitlərinin PKK qrupunun lideri ilə danışıqlara başlamasını təsdiq edib

Türk höküməti kürd üsyançıların lideri Abdullah Öcalan ilə danışıqlar aparır. Hərçənd ki, regionda kürd millətçiliyinin artdığı bir vaxt üsyançıları mübarizəni dayandırmağa məcbur edəcək islahatlar aparmağa hökümətin hazır olub-olmaması barədə suallar qalmaqdadır.

Türkiyə baş nazirinin I müşaviri Yalçın Akdoğan Türkiyə kəşfiyyat zabitlərinin PKK qrupunun lideri ilə danışıqlara başlamasını təsdiq edib.

“Məqsəd PKK yaraqlılarını tərk-silah etməkdir. Silahlı mübarizəni udmaq olmaz. Gərək başqa taktikalardan istifadə edilsin və danışıqlar bunlardan biridir”-deyə Akdoğan bildirib.

PKK kimi tanınan Kürdistan Fəhlə Partiyasının Türkiyə ərazisində 1984-cü ildən apardığı müharibə nəticəsində 40 minə yaxın insan həlak olub.

Akdoğan ümid edir ki, yaraqlılar yazın əvvəllərinə qədər silahı yerə qoyacaq və onların liderinin mühacirətə getməyə razı olacaq.

Qədir Xas universitetindən beynəlxalq münasibətlər üzrə təhlilçi Soli Özəl Türkiyə hökümətinin məqsədinə çatmaq üçün zəruri olanı verməyə hazır olub-olmadığını sual edir: “Bütün bunlar PKK-nın silahı yerə qoymasına əmin olmağa istiqamətlənib. Ancaq, bizim həmçinin Türkiyədə yaşayan Kürdlərlə birbaşa problemimiz var. Bu da başlıca olaraq vətəndaşlıq problemidir. Biz hökümətin ölkəni hansı istiqamətə aparmaq istədiyini bilmirik və 2014-cü ildə keçiriləcək prezident seçkilərinə kilidlənməyimiz faktını nəzərə alaraq, hökümətin asılı olduğu bəzi mühafizəkar və millətçilərin mövqeyini yumşaltmağa doğru hərəkət etdiyini görmürəm”.

Müşahidəçilər xəbərdarlıq edir ki, PKK silahı yerə qoymaqdan çox uzaqdır. Keçən il zorakılığın səviyyəsi 1990-cu illərdəki ən yüksək nöqtəsinə qayıdıb.

Üsyançılar muxtariyyət və daha böyük mədəni haqları uğrunda vuruşurlar. Edam tədqiqat institutunun başçısı Sinan Ulgen prezident seçkilərinə qalan bir il çox müddət ərzində hökümətin güzəştlər etməsinə imkanı olduğuna inanır.
XS
SM
MD
LG