Accessibility links

Türkiyənin "Üç böyüyü" Taksimdə toplaşıb [Audio - Fotogalereya]


Fenerbahçe, Galatasaray və Beşiktaşın azarkeşləri əvvəllər heç zaman görünməyən birlik nümayiş etdirib

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın aksiyalara dərhal son qoyulması çağırışlarına baxmayaraq, Taksim Gezi Parkı etirazları ilə başlayan nümayişlər 10-cu gününə daxil olub. Bu gün də minlərlə insan aksiyalara qoşulmaq üçün Ankara və İstanbulda küçələrə çıxıb.

Dünən isə İstanbulun 3 ən böyük futbol klubu - Fenerbahçe, Galatasaray və Beşiktaşın azarkeşləri əvvəllər heç zaman görünməyən birlik nümayiş etdirərək Taksim meydanında bir araya gələrək nümayişlərə qoşulub.

Hazırda İstanbulda olan Amerikanın Səsinin Türkiyə redaksiyasının əməkdaşı Taksimdəki vəziyyətlə bağlı müsahibəsində deyir ki, azarkeşlərin nümayişinin təşkilatçısı Beşiktaşın "Çarşı" fanklubudur.

XS
SM
MD
LG