Accessibility links

Türkiyənin ABŞ-dakı səfiri ABŞ vitse-prezidentinin Türkiyə ziyarətini dəyərləndirib


Türkiyənin ABŞ-dakı səfiri ABŞ vitse-prezidentinin Türkiyə ziyarətini dəyərləndirib

Türkiyənin ABŞ-dakı səfiri ABŞ vitse-prezidentinin Türkiyə ziyarətini dəyərləndirib

Bu yaxınlarda ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyə səfəri türk təhlilçilərini razı salıb. Belə ki, Baydenin siyasi fəaliyyəti boyu Türkiyəyə heç bir baxımdan dəstək vermədiyinə dair şikayətlər dolaşırdı. Baydeni səfəri boyunca müşayiət edən Türkiyənin ABŞ-dakı səfiri Namik Tan Vaşintonda yerləşən Rumi forumunda vitse-prezidentin Türkiyə ziyarətini dəyərləndirib.

O, Türkiyə-Amerika münasibətləri tarixində ilk dəfə olaraq ABŞ prezidenti və vitse-prezidentinin eyni hakimiyyət dözvründə Türkiyəyə ilk dəfə səfər etdiyini vurğulayıb. Səfir Tan prezident Obamanın seçkilərə hazırlıqla bağlı Türkiyədə təşkil edilən İkinci Sahibkarlıq Konfransında iştirak edə bilmədiyi üçün vitse-prezidenti Türkiyəyə göndərdiyini bildirib. O, Co Baydenin Türkiyəyə ciddi mesajlar verdiyini və Türkiyənin Amerika üçün həyati önəm daşıdığını söylədiyini deyib.

Baydenin əvvəllər Konqresdə Türkiyə ilə bağlı səsvermələrdə dəstək nümayiş etdirmədiyinə toxunan səfir bildirib ki, vitse-prezident səfəri zamanı fərqli mövqe nümayiş etdirib . Xüsusilə Türkiyənin terrorizmlə mübarizə səyləri, İraq və Ərəb Baharı ilə bağlı mövqeyinə dəstək nümayiş etdirib.

Türkiyənin Avropa İttifaqına üzvlük səylərinə toxunan səfir Tan deyib ki, quruma üzv olmaq üçün Türkiyə ittifaqın bütün standartlarına cavab verməyə çalışır, lakin bu təkcə üzvlük üçün deyil, Türkiyə xalqı layiq olduğu üçün bu standartlara can atır.

XS
SM
MD
LG