Accessibility links

Türkiyənin Şanlıurfa vilayətindəki həbsxanada 13 məhbus həlak olub

  • Amerikanın səsi

Türkiyənin Şanlıurfa vilayətindəki həbsxanada baş verən yanğın səbəbi ilə 13 məhbus həlak olub. 1000-nə yaxın məhbusun saxlandığın bu cəza müəssisəsində məhbuslar yataqlarını etiraz olaraq yandırıblar. Vilayətin qubernatoru həbsxanada qiyam qaldırıldığını inkar edib. Ölənlərlə bərabər eyni kamerada olan digər 5 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər alovla iki saata yaxın mübarizə aparmalı olub. Nizamın bərpa edilməsi üçün həbsxanya əlavə təhlükəsizlik personalı göndərilib.

Bu həbsxanada Türkiyənin Sülh və Demokratiya partiyasının üzvü, millət vəkili İbrahim Ayhan cəzasını çəkir. Yanğın zamanı onun yaralanmadığı bildirilir.

XS
SM
MD
LG