Accessibility links

Türkiyənin Antaliya bölgəsində partlayış baş verib


Türkiyənin Antaliya bölgəsində partlayış baş verib
Türkiyənin Antaliya bölgəsində partlayış baş verib

Türkiyənin cənubundakı Antaliya bölgəsində baş verən partlayış bir nəfərin ölməsinə, ikisinin isə yaralanmasına səbəb olub. Yarı-hərbi bölmə yaxınlığındakı partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil. Bölgə qubernatorunun müavini Rəcəp Yüksəl partlayışın turist ərazisindən aralı, Göynuk şəhərində baş verdiyini və hadisə ilə bağlı təhqiqat aparıldığını deyib.

Bu partlayış paytaxt Ankarada 3 nəfərin ölümü, 30-dan çox insanın yaralanmasına səbəb olmuş bomba hücumundan bir həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG