Accessibility links

Türkiyənin baş naziri Azərbaycanda səfərdədir


Türkiyənin baş naziri Azərbaycanda səfərdədir
Türkiyənin baş naziri Azərbaycanda səfərdədir

Cənab Ərdoğan səfərindən öncə bildirib ki, seçkilərdən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edib. “Azərbaycana səfərim seçkilərdən sonra ikinci xarici səfərimdir. İkili və heyətlərarası görüşmələrdə Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə edəcəyik. Enerji layihələri, xüsusilə də “Nabucco” layihəsi üzərində işlər davam edəcək. Bu layihədən Avropanın gözləntiləri 10 milyard kub metr təbii qazdır”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərə gəlib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə tam əminlik ifadə olunub.

Türkiyənin Baş naziri Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müstəqil ekspertlər danışıqlarda əsas məsələlərin Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini aradan qaldırılması ilə bağlı ortaya çıxmış problemlər, Nabucco layihəsi ətrafında olduğunu bildirir.

APA agentliyinin məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səfərindən öncə bildirib ki, seçkilərdən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edib. “Azərbaycana səfərim seçkilərdən sonra ikinci xarici səfərimdir. İkili və heyətlərarası görüşmələrdə Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə edəcəyik. Enerji layihələri, xüsusilə də “Nabucco” layihəsi üzərində işlər davam edəcək. Bu layihədən Avropanın gözləntiləri 10 milyard kub metr təbii qazdır”.

Baş nazir Cənub Qafqazda sülhün bərpası üçün fəaliyyətdən də danışıb. “Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib”, - deyə o qeyd edib.

XS
SM
MD
LG