Accessibility links

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin yaxınlaşması məqsədilə Çinə rəsmi səfər edib.

Türkiyənin baş naziri səviyyəsində Çinə 27 ildə bu ilk səfər zamanı cənab Ərdoğan Pekində təntənəli surətdə hərbi qaravulla qarşılanmş, hər iki ölkənin himnləri səslənmişdir.

Cənab Ərdoğan bu gün Çin prezidenti Hu Tsintao, baş nazir Ven Tsiabao və vitse-prezident Si Tsinpinlə görüşür.

Türkiyənin enerji naziri Taner Yıldız deyib ki, cənab Ərdoğanın səfəri zamanı Türkiyə hökuməti Çinin Qara dənizdə atom elektrik stansiyasının tikintisinə başlayıb-başlamaması məsələsi müzakirə ediliəcək. Tərəflər səfər zamanı məsələ ilə bağlı yekun danışıqlar aparacaq.

Erdoğan bazar günü başçılıq etdiyi 300 nəfər iş adamından ibarət heyətlə Çinin qərbi Sincan vilayətində olmuşdur. Türkiyə Sincanda sənaye zonası yaratmağa çalışır.

XS
SM
MD
LG