Accessibility links

Türkiyənin baş naziri Liviyaya səfər edib

  • Amerikanın səsi

Türkiyənin baş naziri Liviyaya səfər edib

Türkiyənin baş naziri Liviyaya səfər edib

Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan bu gün Liviyanın paytaxtı Tripoliyə gedib. Cənab Ərdoğanın Liviyaya səfəri Liviyanın yeni hökumətini dəstəkləmək məqsədi daşıyır. Cənab Ərdoğanı aeroportda Milli Keçid Şurasının başçısı Mustafa Əbdül Cəlil qarşılayıb.Paytaxt Tripolidə danışan baş nazir deyib ki, repressiv diktatorlar erası sona çatıb. O, Liviya xalqının 40 ildən artıq sürən Meəmmər Qəzzafi rejiminə son qoyduğunu bildirib. Dəfələrlə Suriya prezidenti Bəşar Əl-Əsədi xalqına qarşı zorakılqılara görə tənqid edən Ərdoğan ona artıq inanmadığını deyib.

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, demokratiya ilə İslam ziddiyyət təşkil etmir. Cənab Ərdoğan Şimali Afrika səfərinin növbəti dayanacağı, bu ilin əvvəlində "Ərəb Baharı" hərəkatının başladığı Tunisdə dünən çıxış edib. Tunisin baş naziri Beji Səid Essebsi ilə görüşündən sonra cənab Ərdoğan deyib ki, müsəlmanlar dövləti yaxşı idarə edə bilərlər.

XS
SM
MD
LG