Accessibility links

Türkiyənin baş naziri İraqa səfər edir


Türkiyənin baş naziri İraqa səfər edir
Türkiyənin baş naziri İraqa səfər edir

Rəcəp Təyyip Ərdoğanın İraqa səfərinin məqsədi ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsidir

Türkiyənin baş naziri Rəcəp Təyyip Ərdoğan ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə iki günlük səfərlə Bağdaddadır. Xarici işlər naziri Əhməd Davutoğlu və yüksək səviyyəli biznes liderləri ilə İraqa səfər edən cənab Ərdoğanın İraqın şimal kürd regionuna da səfəri gözlənilir. Bu, Türkiyənin baş nazirinin bölgəyə ilk səfəri olacaq.

Türkiyə ölkənin şərqində kürd separatçıları ilə mübarizə aparır. Kürdlərin separatçı PKK partiyası iki ölkə arasındakı sərhəd boyu reydlər keçirir.

Cənab Ərdoğanın əsasən enerji sektoru olmaqla İraqla ticarəti artırmağa çalışır. Türkiyənin baş naziri iraqlı həmkarı Nuri Əl-Maliki ilə müzakirələr aparıb və Şimali İraqın regional adminsitarsiyasının rəhbəri Məsud Bərzani ilə də görüş keçirməlidir.

XS
SM
MD
LG