Accessibility links

Türkiyənin baş naziri aclıq çəkən Somaliyə səfər edib


Türkiyənin baş naziri aclıq çəkən Somaliyə səfər edib
Türkiyənin baş naziri aclıq çəkən Somaliyə səfər edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Somaliyə gəlib. O, ölkəyə daha da çox yardım gətirməklə beynəlxalq diqqəti aclıqla üzləşən Afrika Buynuzu ölkəsinə çəkib. Cənab Ərdoğanın həyat yoldaşı və bir neçə başqa dövlət rəsmiləri də ölkənin paytaxtı Moqadişuya bir günlük səfər ediblər. Onlar qaçqın düşərgələrinə və xəstəxanalara ziyarət edəcəklər və aclıq problemi ilə üzləşən insanlarla görüşəcəklər. Somali prezidenti Seyx Şərif Şeyx Əhməd Hürriyət qəzetində cənab Ərdoğanın Somaliyə səfərini tarixi jest adlandırıb.

XS
SM
MD
LG