Accessibility links

Türkiyənin baş naziri Tunisdədir


Türkiyənin baş naziri Tunisdədir
Türkiyənin baş naziri Tunisdədir

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, demokratiya ilə İslam ziddiyyət təşkil etmir. Cənab Ərdoğan Şimali Afrika səfərinin növbəti dayanacağı, bu ilin əvvəlində "Ərəb Baharı" hərəkatının başladığı Tunisdə çıxış edib. Tunisin baş naziri Beji Səid Essebsi ilə görüşündən sonra cənab Ərdoğan deyib ki, müsəlmanlar dövləti yaxşı idarə edə bilərlər.

Etiraz aksiyalarının Zinə Əl-Əbdin Ben Əlinin vəzifəsini tərk etməsinə gətirib çıxarmasından sonra ilk dəfə oktyabr ayının 23-də Tunisdə məclis seçkiləri keçiriləcək.

Müxbirlərlə görüşü zamanı cənab Ərdoğan onu da əlavə edib ki, İsraillə Qəzza Zolağına qarşı blokadaya görə münasibətlərin daha da kəskinləşdiyi təqdirdə, Türkiyə hərbi gəmilərini hazır vəziyyətə gətirəcək.

XS
SM
MD
LG