Accessibility links

Türkiyənin şimalında yerləşən yeraltı kömür mədənində partlayış baş verdi


32 şaxtaçı mədənin 540 metr dərinliyində ilişib qalıb

Bazar ertəsi Türkiyənin şimalında yerləşən yeraltı kömür mədənində baş verən partlayış 32 nəfərin mədəndə ilişib qalmasına səbəb olub.

Rəsmilər bildirir ki, xilasedicilər Qara dəniz sahilində Zonquldaq limanı yaxınlığındakı Karadon mədənində şaxtaçıları çıxarmağa çalışır.

Assoşieyted Press agentliyi əyalətin qubernatoru Erdal Ataya istinad edərək onların 540 metr dərinlikdə ilişib qaldığı haqda məlumat verib.

Yerli rəsmilər bildirib ki, digər səkkiz şaxtaçı xilas edilib.

Partlayışın səbəbləri barədə dəqiq məlumat yoxdur. Fevral ayında Türkiyənin şimalında yerləşən digər mədəndə partlayış 13 nəfərin ölümü ilə nəticələnmişdir.

Türkiyə mədənlərinin birində ən faciəli partlayış 1992-ci ildə baş vermişdir. Qaz partlayışı Zonquldaq mədənində 263 şaxtaçının ölümünə səbəb olmuşdur.

XS
SM
MD
LG