Accessibility links

Türkiyənin bəzi müxalif qanunvericiləri parlamentin açılışını boykot edib


Türkiyənin bəzi müxalif qanunvericiləri parlamentin açılışını boykot edib

Türkiyənin bəzi müxalif qanunvericiləri parlamentin açılışını boykot edib

Türkiyənin bəzi müxalif qanunvericiləri məhkəmənin qərarına görə həbsdə olan bir neçə nümayəndənin yerinin boş qalmasına etiraz olaraq, parlamentin açılışını boykot etmişlər.

Yeni 550 yerlik parlamentin üzvlərinin üçdə bir hissəsi dünən bildirib ki, onlar açılış mərasimində iştirak etsələr də, həmkarları azad edilməyənədək and içməyəcəklər. Parlamentdə narahatlıqlar baş nazir Rəcəb Tayyib Ərdoğanın iyun ayının 12-də keçirilən seçkilər nəticəsində hakim partiyanın lideri kimi üçüncü dönəmə başlamasını kölgə altında qoyub.

Müxalifətdə olan Cümhuriyyət Xalq partiyasının başçısı Kamal Kılıçdaroğlu partiyasına mənsub 135 nəfər qanunvericinin kürd tərəfdarı nümayəndələrə qoşularaq həbsdə olan qanunvericilərin öz yerlərini tutmasını əngəlləyən qeyri-demokratik proseslərdə iştirak etməyəcəyini bildirib.

XS
SM
MD
LG