Accessibility links

Türkiyənin qadın qrupları abort hüquqlarının müdafiəsi məqsədi ilə nümayiş keçirib. Qadınlar üzərində “ Baş nazir, əllərini qadın bədənindən uzaq tut” şüarları yazılmış plakatlar qaldırıb.

Türkiyənin baş naziri abort qaydalarının sərtləşdirilməsinə çağırıb. Rəcəb Tayyip Ərdoğan abortu qətl adlandırıb.

Türkiyədə tibbi səbəblərlə 10 həftəyə qədər abort 1983-cü ildən bəri qanuni hesab edilir. Ailəli qadınlar həyat yoldaşının icazəsi ilə abotr hüququna malikdir. Baş nazir ona qrşı etirazları feminizmlə əlaqələndirib. O, 3 uşaqlı ailə siyasətini dəstəklədiyini bildirib. Baş nazir abortu əhali artımına nəzarət konspirasiyası kimi qiymətləndirib.

Milliyyət qəzetinin yazdığına görə, Rəcəb Tayyip Ərdoğanın çağırışları islamçılar tərəfindən dəstək əldə edib.

Artmaqda olan etirazlara baxmayaraq, parlamentdə çoxluq təşkil edən islamçılar qanunun təsdiqini əldə edə bilər. Belə ki, qanunvericilərin bəziləri abortu bəşəriyyətə qarşı cinayət adlandırıb.

XS
SM
MD
LG