Accessibility links

Türkiyənin Roman Katolik kilsəsinin yepiskopunu qətlə yetirən şəxsə qarşı cinayət işi qaldırılıb


Luici Padovese

Luici Padovese

Roman Katolik kilsəsinin lideri 26 yaşlı Murat Altun tərəfindən qətlə yetirilib

Türkiyədən alınan xəbərdə bildirilir ki, Türkiyənin Roman Katolik kilsəsinin lideri, 63 yaşlı yepiskop Luici Padoveseni qətlə yetirən 26 yaşlı Murat Altuna qarşı qətl ittihamı ilə cinayət işi qaldırılıb. Yepiskop Luici Padovese dünən İskəndərun şəhəri yaxınlığındakı evində qətlə yetirilib. Rəsmilər qətlin siyasi motivlər səbəbindən həyata keçirildiyinə inanmadıqlarını deyirlər. Kilsə rəsmiləri isə yepiskop Padovesenin 4 il yarımdır sürücüsü olan Murat Altunun depressiyadan əziyyət çəkdiyini bildirmişlər.

Yepiskop Roma Papası Benediktlə görüşmək üçün Kiprə yola düşməsindən bir gün əvvəl qətlə yetirilib. Italiya vətəndaşı olan 63 yaşlı yepiskop 2004-cü ildən bəri Türkiyədəki Katolik kilsəsinə rəhbərlik edir.

XS
SM
MD
LG