Accessibility links

Türkiyənin sabiq prezidenti sorğu-sual edilib


Türkiyədə 1980-ci ildə həyata keçirilən hərbi çevrilişin lideri olan o zamanki, Gənəl Kurmay Başqanı, 93 yaşlı Kənan Əvrən prokurorlar tərəfindən dindirilib. Onlar keçmiş prezident haqqında ittihamnamə hazırlamaq üçün qərara qəbul etməyə çalışırlar. 1980-ci ildə hərbi çevrilişlə dövlət başına gələn Kənan Əvrən daha sonra keçirilən seçkilərdə prezident seçilərək 1989-cu ilə qədər bu vəzifədə çalışıb.

Prokurorlar hərbi çevriliş barədə sualları Kənan Əvrənə bu gün onun Ankaradakı evində vermişlər. Cənab Əvrənə qarşı ittihamlar keçən il ölkə konstitusiyasında dəyişikliklərdən sonra irəli sürüldü. Həmin dəyişiklikdən əvvəl konstitusiya onların çevrilişlə bağlı olaraq cinayət məsuliyyətinə cəlb olunmalarına imkan vermirdi. Prokurorların çevrilişin iştirakçısı, Hərbi Hava Qüvvələrinin sabiq komandiri Tahsin Şahinkayanı da dindirəcəkləri gözlənilir.

XS
SM
MD
LG