Accessibility links

Türkiyənin Sülh və Demokratiya Partiyasının 25 üzvü həbs edilib


Türkiyə mətbuatının bildirdiyinə görə, kürd tərəfdarı Sülh və Demokratiya Partiyasının 25 üzvü üsyançılarla əlaqədə günahlandırılaraq həbs edilib

Türkiyə mətbuatının bildirdiyinə görə, kürd tərəfdarı Sülh və Demokratiya Partiyasının 25 üzvü üsyançılarla əlaqədə günahlandırılaraq həbs edilib. Həbslər bu gün Türkiyənin cənub-şərq bölgəsində səhər reydləri zamanı edilib. Reyd Kürdüstan Fəhlə Partiyası- PKK-nın təktərəfli atəşkəsin daha bir ay müddətinə uzatdığını elan etməsindən bir gün sonra edilib. PKK-nın müvəqqəti lideri Murat Karayılan bildirib ki, hökumət sülh öhdəliklərini yerinə yetirsə, qrup qeyri-müəyyən müddətə atəşkəsi davam etdirə bilər.

XS
SM
MD
LG