Accessibility links

Türkiyə İsrailə iki yanğınsöndürən təyyarə göndərib


Türkiyə İsrailə iki yanğınsöndürən təyyarə göndərib

Türkiyə İsrailə iki yanğınsöndürən təyyarə göndərib

Türkiyə ötən həftədən başlayan meşəyanğınlarına yardım məqsədi ilə İsrailə iki yanğınsöndürən təyyarə göndərib. Bu addım iki ölkə arasındakı münasibətlərin normallaşması üçün aparılan diplomatik təşəbbüslərin ardınca atılıb. Ankaranın bu qərarına İsrailin baş naziri Benyamin Netanyahu türk həmkarına zəng edərək, təşəkkürünü bildirməsi ilə cavab verib.Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan İsraillə əlaqələrin normallaşması səylərini davam etdirib. O deyib ki, İsrailin üzrxahlığından sonra o ölkə ilə əlaqələrin yeni səhifəsi açıla bilər. Ötən həftə sonu Cenevrədə Türkiyə və İsrailin diplomatları arasında yüksək səviyyəli görüşlər keçirilib.

XS
SM
MD
LG