Accessibility links

Türkmən Gəmiçi: Kişilərin qadına qarşı olan qanunlardan yararlanması qeyri-insanidir [Audio-Müsahibə]


Türkmən Gəmiçi

Türkmən Gəmiçi

Amerikanın Səsi ilə söhbətdə güneyli qadın haqları fəalı Türkmən Gəmiçi İranda qadın hüquqlarına zidd olan qanunları şərh edirb. Onun sözlərinə görə bəzi hallarda qadınların həyat yoldaşları bu mürtəce qanunlardan sui istifadə eərək xanımlaın fundamental hüquqlarını pozurlar. Xanım Gəmiçi ilə söhbət bu günlərdə əri pasportunu imzalamadığı üçün İranın “qol kraliçası” kimi tanınan qadın futbolçu Nilufər Ərdəlanın Asiya Qadınlar Futsal Çempionatında kapitanı olduğu İran yığmasında yer ala bilməməsi üzərində cərəyan edib. Məsələ beynəlxalq media və qadın haqları quruluşlarının gündəmində yer alıb.

Türkmən Gəmiçi həmin olay və onunla əlaqədar ortaya çıxan təpkiləri şərh etməklə yanaşı qadınların ərlərinin imzası olmadan ölkə xaricinə səfər etməsinə yol verməyən İran qanunları haqqında danışıb.

Nilüfər Ərdəlan

Nilüfər Ərdəlan

Urmiyəli fəalın söylədiklərinə görə, qadın haqlarını müdafiə edən qruplar bu olaydan öncə də həmin qanunların ləğvi istiqamətində ciddi fəaliyyət göstəriblər:

“Bu olaya təpkilər çox oldu. Bundan öncə də qadın haqları fəalları bu məsələ üzərində çox fəaliyyətlər edirdilər və bütün qadınlardan istəyirdilər ki, evləndikləri zaman yazılı və rəsmi olaraq evlilik şərtləri imzalatsınlar. Nilufər Ərdəlan olayında da qadın haqları qruplarının bu çalışmaları daha çox göstərdi ki, bu məsələ qadınlara nə qədər problem yarada bilər.”

Bundan öncə də qadın haqları fəalları bu məsələ üzərində çox fəaliyyətlər edirdilər və bütün qadınlardan istəyirdilər ki, evləndikləri zaman yazılı və rəsmi olaraq evlilik şərtləri imzalatsınlar.

O, qadınların həyat yoldaşlarının imzası olmadan xaricə səfər edə bilməməklərinin ailə məcəlləsində açıq şəkildə yazılmadığını, ancaq pasport qanununda açıqca qeyd edildiyini bildirir:

Həmin qanunların müxtəlif cəhətlərini açıqlayan Türkmən Gəmiçi pasport qanunundakı maddənin də ailə məcəlləsində qadının ərinin istəkləri qarşısında “təmkin” göstərməsi zərurətini qeyd edən maddədən qaynaqlandığını deyir.

“Ailə qanunlarına görə qadın ərinə tabe olmalıdır. Yəni, çünki qadının bədəni ərinin ixtiyarındadır, bu bədəni hər yerə aparmağa gərək ərindən icazə ala,” deyə o söyləyir.

Güneyli fəalın sözlərinə görə, “əslində bu qanunların təməli İslam İnqilabından öncə qoyulub və o zamanlarda Qərb ölkələrində də mövcud olan qanunlardan alınıb. Bu qanunlar Qərbdə insan haqları əsasında yenilənib islah edildi. Amma, qanunun şəriətdə də təsdiq edildiyi üçün İranda dəyişdirilmədi.”

O, həmin qanun üzündən ortaya çıxan problemləri açıqlayaraq baş verən bəzi olaylara işarə edir.

Ailə qanunlarına görə qadın ərinə təmkin etməlidir. Yəni, çünki qadının bədəni ərinin ixtiyarındadır, bu bədəni hər yerə aparmağa gərək ərindən icazə ala.

İranda qadın haqları fəalları qadınlara qarşı tətbiq edilən məhdudiyyətlərdə hakimiyyət və qanunlardan əlavə toplumun da rolu olduğunu deyirlər.

Türkmən Gəmiçi isə kişilərin qadın haqlarına zidd olan dövlət qanunlarından yararlanaraq həyat yoldaşlarına məhdudiyyətlər tətbiq etmələrini qeyri-insani bir davranış olaraq dəyərləndirir.

O, bu qanunları təsdiq edən toplum üzvlərinin də həmin qanunları tətbiq edən “sistemin bir parçası” olduqlarını vurğulayır.

XS
SM
MD
LG