Accessibility links

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi müzakirə edilib


Qurbanqulu Berdıməhəmmədov və Georgi Marqvelaşvili (Foto Marqvelaşvilinin Facebook səhifəsindən götürülüb) )

Qurbanqulu Berdıməhəmmədov və Georgi Marqvelaşvili (Foto Marqvelaşvilinin Facebook səhifəsindən götürülüb) )

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Aşqabadda rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili dekabrın 15-də danışıqlar zamanı əsas diqqəti nəqliyyat sahəsində Türkmənistan-Gürcüstan əməkdaşlığının inkişafı üzərində cəmləşdirib.

AzərTAc agentliyinin məlumatına görə tərəflər Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin yaradılması imkanlarını da müzakirə edib. Onların fikrincə, bu nəqliyyat dəhlizinin yaradılması Əfqanıstanı regional və regionlararası ticarət-iqtisadi əlaqələrə cəlb etməyə imkan verəcək.

Türkmənistan prezidenti danışıqların yekunlarına dair brifinqdə bildirib ki, görüş zamanı tərəflər Xəzər dənizi və Qara dəniz regionları arasında nəqliyyat-tranzit dəhlizinin yaradılmasına xüsusi diqqət yetirib, bildiriblər ki, bu dəhlizin yaradılması Avropa, Yaxın və Orta Şərq ölkələri arasında regionlararası əməkdaşlığın inkişafına güclü təkan verəcək.

Georgi Marqvelaşvili deyib ki, Xəzər dənizi və Qara dəniz regionları arasında əlaqələndirici rol oynayan Gürcüstan Türkmənistanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsinə kömək edəcək.

XS
SM
MD
LG