Accessibility links

Türkmənistan danışıqlar prosesini davam etdirməyə hazır olduğunu və razılıq əldə edilməzsə beynəlxalq məhkəməyə müraciət hüququnu özündə saxladığını bildirib.

Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Aşxabadın Xəzərdəki “Kəpəz” (türkmən versiyasında “Sərdar”) yatağının mənsubiyyəti məsələsini beynəlxalq arbitraja çıxarmaq niyyəti ilə bağlı Bakıya rəsmi müraciət etməməsi barədə dünənki ifadələri ilə bağlı bəyanatla çıxış edib.
Türkmənistan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfinə dəfələrlə “Azərbaycanın Xəzər dənizində hüquqazidd birtərəfli fəaliyyəti ilə bağlı” rəsmi diplomatik notalar göndərib.
Türkmənistan xüsusən “Ömər” (“Çıraq”) və “Osman” (“Azəri”) yataqlarının qanunsuz işlənməsini, habelə “Sərdar” (“Kəpəz”) yatağına irəli sürülən hüquqazidd tələbləri nəzərdə tutur.
Türkmənistan tərəfi rəsmi xəbərdarlıqlarında yuxarıda sözü gedən məsələ ilə bağlı danışıqlar prosesini davam etdirməyə hazır olduğunu ifadə edib və razılıq əldə edilmədiyi təqdirdə Türkmənistanın beynəlxalq məhkəmə və arbitraj instansiyalarına müraciət etmək hüququnu özündə saxladığını vurğulayıb.
Bundan başqa, 4 avqust 2009-cu ildə Türkmənistan Xarici İşlər Nazirliyi Xəzərin dibi və təkinin Türkmənistan və Azərbaycan arasında bölünməsi məsələləri ilə bağlı ölkənin rəsmi mövqeyini dərc edib, burada da beynəlxalq məhkəməyə müraciət etməyin məqsədəuyğun olduğu vurğulanıb.
“Deyilənlərə əsasən, Türkmənistan tərəfi Azərbaycan Respublikası xarici işlər nazirinin ifadələrindən təəccübünü ifadə edir”, - deyə Türkmənistan XİN-in bu ölkənin Bakıdakı səfirliyi tərəfindən yayılmış bəyanatında bildirilir.
XS
SM
MD
LG