Accessibility links

Türkmənistanda mindən artıq məhbus əfv edilib


Türkmənistanda ölkənin milli bayramı münasibətilə mindən artıq məhbus əfv edilib. Onlar arasında 35 xarici vətəndaş var.

Dövlət televiziyasında prezident Kurbanqulu Berdımuxamedovun hökumət üzvlərinin iştirakı keçirilən iclasda əvf fərmanı ilə bağlı açıqlama verməsi nümayiş etdirilib. Əfv edilmiş xarici ölkə vətəndaşlarının hansı ölkələrə mənsub olduğu haqda məlumat verilməyib.

Dünyanın təbii qaz yataqlarının 4 faizdnıə böyük hissəsinə sahib olan Türkmənistan beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları tərəfindən ən repressiv rejimlərdən biri kimi səciyyələndirilir.

Türkmənistan hökuməti həbsdə olan şəxslərin sayı ilə bağlı rəsmi məlumatları açıqlamır. Hər il keçmiş prezident Saparmurat Niyazovun qoyduğu ənənə davam etdirilərək, ölkədə milli bayramlar ərəfəsində minlərlə məhbus əfv edilir.

2006-cı ildə Niyazovun qəfil ölümündən sonra hakimiyyətə gəlmiş cənab Berdımuxamedov iqtisadi islahatların həyata keçiriləcəyini vəd etsə də, prezident qeyri-məhdud hakimiyyətə malikdir.

XS
SM
MD
LG