Accessibility links

Türkmənistan Avropaya qaz satacağını bəyan edib

  • Amerikanın səsi

Türkmənistan Avropaya qaz satacağını bəyan edib

Türkmənistan Avropaya qaz satacağını bəyan edib

Türkmənistan Avropaya qaz satacağını bəyan edib. Prezident Gurbanqulu Berdiməhəmmədov bildirib ki, onun ölkəsi təbbi qaz ixracına hazırdır. Türkmənistanın dövlət başçısının bu açıqlaması Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Türkmənistana səfərindən sonra verilib. Türkmənistanla Avropa İttifaqı arasında heç bir rəsmi razılıq olmasa da, prezident Berdiməhəmmədov Avropa ilə tərəfdaşlığın prioritet olduğunu bildirib. Avropa Rusiayadan asılılığını azaltmaq üçün təbii qazın müxtəlif mənbələrinə üz tutur. Türkmənistan təbii qaz ehtiyatına görə dünyada dördüncü yeri tutur.

XS
SM
MD
LG