Accessibility links

TÜRKSOY-un 20 illik yubileyi qeyd edilib


TÜRKSOY-un 20 illik yubileyi
TÜRKSOY-un 20 illik yubileyi

Türkiyə prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərini qəbul edib

Türkdilli ölkələrin mədəniyyət təşkilatı olan TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ilə bağlı Türkiyə paytaxtında tədbirlər keçirilib.

Azərbaycan Mədəniyyət və Turizmi Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
türkdilli ölkələrin 6 nazirinin, o cümlədən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un Ankaradakı baş qərargahında Daimi Komitənin 31-ci toplantısı keçirilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik 20 il ərzində türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələrin əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən ətraflı bəhs edib.

Türkdilli ölkələrin nazirlərinə, habelə TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğluna yubiley medalları təqdim edilib.

Çankaya köşkündə Türkiyə prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərini qəbul edib.

Türkiyə prezidenti simfonik orkestrinin konsert zalında TÜRKSOY-un 20 illik yubileyinə həsr olunmuş konsert olub. Konsertdə türk dünyasının incəsənət ustaları iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG