Accessibility links

Türkiyənin yeni baş naziri nazirlər kabinetini açıqlayıb


Türkiyənin yeni baş naziri bildirib ki, o Rəcəb Tayyip Ərdoğanın arzuladığı prezidentlik sisteminin həyata keçməsi üzərində dərhal işləməyə başlayacaq. Baş nazir yeni kabinetini elan edib. Lakin səlahiyyətlərin kimdə olduğu barədə müəyyən şübhələr oyadıb.

Xarici investorlar tərəfindən islahatçı olaraq tanınan baş nazirin köməkçisi Məhmət Şimşək də daxil olmaqla iqtisadiyyatdan məsul bəzi əsas üzvlər yeni hökumətdə yerini qoruya bilsə də, Ərdoğan yarıdan çox kabinet üzlərinin vəzifələrini dəyişdirib.

Parlamentdə çıxışı zamanı baş nazir Binali Yildırım bildirib ki, hərbi çevriliş nəticəsində meydana gələn 1980-ci il konstitusiyasını dəyişdirmək üçün tarixi fürsət yaranıb. Yeni qəbul ediləcək qanuna görə əvvəllər parlament tərəfindən seçilən prezident artıq xalq tərəfindən seçiləcək.

Ərdoğan Türkiyədə ilk prezident seçkilərində 2014-cü ildə qalib gələrək baş nazirlik vəzifəsindən istefa vermişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG