Accessibility links

Türkiyədə jurnalistlərin həbsi tənqidlərə səbəb olub [Təhlil]


Türkiyədə tanınmış iki jurnalistin həbsi ölkə daxilində və beynəlxalq arenada tənqidlərə səbəb olub. Jurnalistlər İstanbul məhkəməsi tərəfindən casusluq ittihamına görə həbs ediliblər. Onlar mətbuatda Türkiyənin kəşfiyyat agentliyinin Suriyada üsyançı qruplara silah göndərməsi ilə bağlı araşdırma yayımlayıblar. AK partiyasının parlament seçkilərində qələbə qazanmasından sonra bu, mediaya qarşı edilən təziqlərdən sonuncusudur.

Can Dündar və Ərdəm Gül'ün həbs edilməsinə qarşı etiraz - Ankara

Can Dündar və Ərdəm Gül'ün həbs edilməsinə qarşı etiraz - Ankara

Türkiyədə iki jurnalistin həbsindən sonra etirazlar getdikçə böyüyür. Cumhuriyyət partiyasının lideri Kamal Qılıncdaroğlu həbsləri demokratiya və mətbuat azadlığı üçün qara gün adlandırıb.

ABŞ səfirliyi Tvitter hesabından yaydığı mesajda media orqanlarına qarşı təziqlərdən narahatlığını bəyan edib. Cumhuriyyət qəzetinin redaktoru Can Dündar və Ankara şəhəri bürosunun rəhbəri Ərdəm Gül casusluq maddəsinə görə 20 ildən çox həbslə üzləşiblər.

Dündar həbsdən əvvəl jurnalistlərə müsahibəsində deyib ki, o və Gül satqın və ya casus deyil, jurnalistlərdir.

Jurnalistlər Türkiyə kəşfiyyat orqanlarının Suriyada İslamçı qruplara silah göndərməsi ilə bağlı qəzetdə məqalə çap etdiklərinə görə günahlandırılırlar. İttihamçılar məqalənin hökumətə qarşı bir vaxtlar prezident Rəcəp Tayyip Ərdoğanın müttəfiqi olmuş İslam alimi Fətullah Gülənin dəstəkçiləri tərəfindən konspirasiya olduğunu iddia edirlər.

İttihamlar Ərdoğanın məsələyə müdaxilə edərək məqaləni yazanların buna cavab verəcəyini deməsindən sonraya təsadüf edir.

“Hər hansı normal şərtlərdə iki jurnalistin yaxşı iş gördüyünə görə həbs edilməsi şokedicidir. Lakin təəssüf ki, bu günün Türkiyəsində ifadə azadlığının və mediaya təziqlərin artması belə həbsləri adi hala çevirib.

Amnesty İnternational təşkilatından Türkiyə üzrə tədqiqatçı Endryu Qardner deyir ki, son həbslər mediaya qarşı törədilən təziqlərin bir hissəsidir.

“Hər hansı normal şərtlərdə iki jurnalistin yaxşı iş gördüyünə görə həbs edilməsi şokedicidir. Lakin təəssüf ki, bu günün Türkiyəsində ifadə azadlığının və mediaya təziqlərin artması belə həbsləri adi hala çevirib.”

Müşahidəçilər deyir ki, Türkiyədə insan haqları ilə bağlı problemlərin yaşandığı bir vaxt Suriya qaçqınları məsələsinə görə Avropa İttifaqının Türkiyənin üzvlük məsələsini yenidən danışıqlar masasına gətirməsi utancvericidir.

XS
SM
MD
LG