Accessibility links

Sərhədsiz Reportyorlar jurnalistin oğurlanıb dindirilməsini pisləyir


Turxan Kərimli (Foto Turxan Kərimlinin Facebook səhifəsindən götürülüb)

Turxan Kərimli (Foto Turxan Kərimlinin Facebook səhifəsindən götürülüb)

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı noyabrın 28-də “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun oğurlanmasını və dindirilməsini pisləyib.

“Kərimovun ictimai asayişi təmin etməli olan şəxslər tərəfindən oğurlanması bizi dərindən sarsıdır”, - təşkilatın Avropa və Avrasiya üzrə şöbəsinin rəhbəri Yohan Birbildirib.

“Bu cür təqib faktları daha çox narahatlıq doğurur, belə ki, polis üçün adi prosedura çevrilib. Polis hökuməti tənqid edənlərə qarşı qeyi-leqal metodlardan istifadə edir. Odur ki, biz Azərbaycanda qalan az sayda müstəqil jurnalistlərin taleyindən çox narahatıq”, - o vurğulayıb.

T.Kərimov noyabrın 28-də Bakının Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisinin yanına söhbətə aparılıb.

Söhbət zamanı jurnalistə hakimiyyəti söyməmək barədə xəbərdarlıq edilib və bildirilib ki, o, nəzarət altındadır, ağıllanmasa başına hər iş gələ bilər.

“Son aylar Azərbaycan hakimiyyəti ölkədəki müstəqil mətbuata və tənqidi səslərə qarşı görünməmiş təzyiqlərə başlayıb. Nəticədə 13 jurnalist və bloger həbsxanaya düşüb. Bundan əlavə, tanınmış hüquq müdafiəçiləri, gənc fəallar həbs olunublar.

XS
SM
MD
LG