Accessibility links

Əllərində plakatlar və zərb alətləri olan Türkiyənin həmkarlar ittifaqlarlarının üzvləri bu gün baş nazir Rəcəp Tayyib Ərdoğana qarşı keçirilən nümayişə qoşulub. 10-dan çox həmkarlar ittifaqının üzvləri "Tayyib, İstefa!" şüarı altındaTaksim meydanına doğru irəliləyib.

Seçkilərdə 3 dəfə qalib gələn, 10 ildir baş nazir vəzifəsində çalışan Ərdoğana qarşı paytaxt Ankaranın Kızılay parkında da aksiya keçirilir. Artıq 5-ci gecədir Türkiyənin müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı polislə gənclər arasında qarşıdurmalar baş verib.

Tənqidçilər etirazçıları əvvəlcə soyğunçu adlandıran, sonra isə terrorçularla əlbir olduqlarını deyən Ərdoğanı ehtirasları qızışdırmaqda ittiham edir.

XS
SM
MD
LG