Accessibility links

Amerika teleserialları Hollivudun şablon filmlərindən geri qalmır [Video]


Özünün orijinal hekayələri, yaxşı hazırlanmış dialoqları və istedadlı aktyorları ilə Hollivudun şablon filmlərindən geri qalmır.

Amerikada müstəqillik uğrunda gedən müharibə dövrünə həsr edilən “Qayıdış” teleserialında o dövrdəki casusluqdan danışılır. Bu serialda oynayan aktyorlardan çoxu hazırda tanınmır, lakin ola bilsin gələcəkdə onlar məşhur olsunlar.

Aktrisa Hezer Lind hazırda televiziyada çox istedadlı aktyorların işlədiklərini və hər seriyanın demək olar ki, film kimi çəkildiyini deyir. Aktrisa serialda XVIII əsrdə Britaniyada yaşayan tarixi şəxsiyyət Anna Stronqu oynayır. Aktyor Sit Nomriç digər inqilabçı, Ben Talmadcı oynayır. “Serialda iştirak edən bütün aktyorlar oynadıqları surətlərdən və süjet xəttindən çox razıdırlar”. deyə, o bildirir.

Hər şey “Sopranolar” serialından başladı. 1990-cı illərdə çəkilən qanqster-drama serialında Nyu-Cersidə yaşayan italiyalı mafioz Toni Sopranonun risklərindən və zorakılıqlarından danışılır. Sopranolar klanı qeyri-ənənəvi hekayələrə yol açir.
Çoxları bu serialın televiziya serialları içərisində ən güclüsü olduğunu deyir.
Hazırda isə televiziyanın ən populyar filmlərindən biri Frank Darabondun “Gəzən Ölü” filmidir.

Oskar mükafatına layıq görülmüş rejissor zombi və qandan əlavə, filmdə zombillərlə dolu dünyada həqiqi insan kimi qalmağın unikal çətinliklərindən bəhs edir. Digər televiziya draması, Oskar mükafatına layiq görülmüş “Breaking Bad”dir.
Bu drama qeyri-adi xarakterə malik olan kimya müəllimi Volter Vaytın tədricən şər obraza çevrilməsinin göstərir. Bu seriallardan çoxu illərlə davam edir ki. bu da tamaşaçıya xarakterlərə yaxın olmağa imkan verir.

Nə qədər ki, TV studiyaları riskə getməkdə davam edir, eksperimentlər aparır, tamaşaçıları ekranlara cəlb etməkdə müvəffəq olacaq. Hər halda bu yüksək keyfiyyətli əyləncə kinolardan qat-qat ucuz başa gəlir.
XS
SM
MD
LG