Accessibility links

Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) ilk dəfə Twitter-də


Sosial media kəşfiyyat agentliyinin tvitə başlaması ilə bir daha diqqət mərkəzinə çəkilib. Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) uzun müddət məxfi saxlandıqdan sonra ilk dəfə ictimaiyyətə açılıb.

Agentliyin ilk tvitində deyilib ki, salam, sosial media, bu bizim nə təsdiq, nə də inkar edəcəyimiz ilk tvitimizdir.

Twitter bildirir ki, 12 söz bir saat ərzində 70 min dəfə tvit edilib, CİA 85200 nəfər izləyici qazanıb.

Zarafatlar da məhz bundan sonra başlayıb. Sabiq Pakistan səfiri Hüseyn Haqqani yazıb ki, illərlə Mərkəzi Kəşfiyyat Agentliyi insanları izləyib, indi isə insanlar onu izləyir.

Digər zarafatda CİA-in yalnız 25 adamı izlədiyi deyilib.

Lakin bu zarafatlar heç də hamıya gülməli gəlmir. Amnesty International-ın Təhlükəsizlik və İnsan Haqları kampaniyasının direktoru Zek Consonun dediyinə görə, istehza onu heyrətə gətirib. “Bu agentlik məxfiliyə əsaslanır. Əgər ictimaiyyətə acılırsansa, insan hüquqları sahəsindəki öhdəliklərə də açıq olmalısan. CİA işgəncə proqramı və dron hücumları barədə də açıq olmalıdır.”

Agentliyin direktoru Con Brennan sosial medianın CİA-nin fəaliyyəti, missiyası və digər inkişafları ilə bağlı ictimaiyyətlə yaxın təmasına imkan yaradacığına inandığını deyib.

İlin əvvəlində CİA kiminsə onun saytını tvit etməsindən sonra Twitter-dən şikayət etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG