Accessibility links

Cümə axşamı Tvitterdə yeni texniki problem yarandı


.
.
Cümə axşamı qəflətən Tvitter sosial media veb səhifəsinin sistemində baş verən nasazlıq səbəbindən iki saatlıq işləməmişdir.

Tvitterin mühəndislik məsələləri üzrə vitse-prezidenti Mazen Ravaşdeş saytın bloqunda verdiyi məlumatda bildirir ki, məlumat bazasında və yaddaş bazasında eyni zamandan baş verən nasazlıq səbəbindən şəbəkədən ayrılma baş vermişdir. Ravaşdeş “ikiqat infrastruktural zərbə kimi” təsvir etdiyi nasazlığa görə üzr istəyib.

Cümə axşamı baş vermiş nasazlıq son bir neçə ay ərzində məşhur mikro-bloq saytında baş vermiş ikinci haldır. Şirkət keçən ay baş verən nasazlığı “ardı kəsilməyən səhvlərdə” görür.

Tvitter 2006-cı ildə qurulandan bəri istifadəcilərinin sayı 140 milyonu ötüb. Sayt yarandığı ilk vaxtlarda texniki problemlərinə görə tanınırdı və “uğursuz balina” işarəsi texniki nasazlığın simvoluna çevrilmişdi.
XS
SM
MD
LG