Accessibility links

Twitter əlavə 235 min hesabın bağlandığını bəyan edib


Twitter əlavə olaraq son 6 ay ərzində terrorizmi təbliğ edən 235 min hesabın bağlandığını bəyan edib.

Şirkətin bildirdiyinə görə, bağlanan hesabların ümumi sayı 360 min təşkil edir.

Twitter bildirir ki, 2015-ci ildən bəri gündəlik bağlanmalar 80 fair artıb. Bağlanılan hesabların əksəriyyəti terror hücumlarını izləyən hesablardır.

Nailiyyətə baxmayaraq bir çox istifadəçinin yenidən Twitter-ə yol tapdığı bildirilir.

​“Bu göstəricilərə yenidən hesab açanlar da daxildir. Bağlanan yeni hesablar bağlanan istifadəçi hesablarına bərabər deyil ”- deyə Corc Vaşqinqton Universitetinin ektremizm üzrə mütəxəssisi J.M. Berger bildirib.

2015-ci ildə İŞİD-in Twitter əhalisi adlı araşdırmanın rəhbəri Bergerin dediyinə görə, araşdırmalar 2014-cü ilin sentyabr və dekabr ayları arasında islamçı qrupun 46 min hesaba malik olduğunu göstərib. Bunların hər brining mindən artıq davamçısı olub.

Twitter son illər terrorizmin təbliğatına mane olunmasında kifayət qədər fəaliyyət göstərmədiyinə görə tənqidlərə məruz qalıb.

Hazırda şirkət İŞİD-in Twitter hesablarının 2014-cü illə müqayisədə cəmi 10 faiz təşkil etdiyini bildirir.

XS
SM
MD
LG