Accessibility links

Twitter hesabınız salamatdır? Hakerlər 250 min hesabı ələ keçirib


An illustration picture shows the logo of the Website Twitte, January 30, 2013.
An illustration picture shows the logo of the Website Twitte, January 30, 2013.
Sosial media nəhənglərindən biri "Twitter" şirkəti bildirir ki, bu həftə mütəşəkkil kiber hücum nəticəsində 250 mindən çox istifadəçinin "Twitter" hesabının şifrələri və başqa məlumatlar ələ keçirilib.

Amerikanın Səsinin məlumatına görə şirkət dünən "Twitter" postu vasitəsilə bildirib ki, mütəxəssislər bu həftənin əvvəli hakerlərin istifadəçi bazasına çıxış imkanı əldə etməyə çalışdığını müəyyən edib və hücum müəyyən edilən kimi qarşısı alınıb. "Twitter" məlumatına görə, artıq şifrələr bərpa edilib və hazırda hücuma məruz qalmış istifadəçilərə bu barədə xəbərdarlıq göndərilməkdədir.

Bu həftə Çin hakerlərinin hücumuna məruz qaldığını bildirən New York Times Wall Street Journal qəzetlərindən fərqli olaraq "Twitter" hücumun mənbəyi barədə heç bir məlumat verməyib.

Şirkət hücum edənlərin aşkarlanması üçün hökumət və federal hüquq-mühafizə orqanları ilə birgə işləyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG