Accessibility links

Beynəlxalq mikrobloq platforması olan Twitter ABŞ Ədliyyə Nazirliyini və Federal Təhqiqatlar Bürosunu (FBI) sosial şəbəkə istifadəçilərinə hökumətin nəzarəti barədə daha çox məlumat verilməsi haqlarına görə məhkəməyə verib.

Şikayət dünən Kaliforniya məhkəməsinə daxil olub.

Hazırki nizamnamələrə görə, Twitter hökumətin milli təhlükəsizliklə bağlı tələb etdiyi istifadəçi məlumatlarına dair müəyyən informasiyanı ictimailəşdirə bilməz.

Twitter iddia edir ki, bu, ABŞ Konstitusiyasına Birinci Dəyişikliyə əsasən ifadə azadlığını pozur.

Şirkət hökumətin şəxsi məlumat sorğusunda daha şəffaf olmasına dair məhkəmə şikayəti verdiyini bildirib.

Oxşar mübarizəni Twitterlə yanaşı Mikrosoft, Google, Facebook və Dropbox kimi şirkətlər də aparır.

XS
SM
MD
LG