Accessibility links

Twitter həmtəsisçisi Cək Dorsinin bu sosial şəbəkədə ilk– “Öz Twitterimi yaradıram” yazmasından 5 il keçir. O vaxtdan bəri hər gün 140 və ya daha az işarədən ibarət olan 140 milyondan çox post bu sosial şəbəkədə yerləşdirilir. İndi hər 8 gün ərzində Twitterdə 1 milyarda yaxın mesaj post edilir. Müqayisə üçün deyək ki, bu xidmət vasitəsilə ilk milyard mesaj Twitter yaranandan 3 il 2 ay sonra göndərilmişdi. Gün ərzində təxminən bir milyon insane bu sosial şəbəkədə qeydiyyatdan keçir. Twitter mesajları tvit adlanır və bu tvitlər T. J. Kremer kimi astranavtlar, prezident Barak Obama kimi siyasətçilər, Yaponiyada zəlzələ və sunami qurbanlar, o cümlədən Misirdəki nümayişçilər tərəfindən göndərilir.

XS
SM
MD
LG