Accessibility links

Sosial media platforması olan Twitter şəbəkəsi işçisi qüvvəsinin 8 faizi və ya 336 iş yerini ixtisar edəcəyini bildirib. Bunun əvvəlki icraçı direktor Cek Dorsenin yenidən şirkətə qayıdaraq, struktur dəyişiklikləri aparması ilə əlaqədar olduğu bildirilir.

İş yerlərinin ixtisarı şirkətin təsisçilərindən biri olan Cek Dorsenin Twitter-ə qayıtmasından iki həftə sonra başlayıb. Daimi icraçı direktor kimi onun qarşısında mesaj paylaşması xidmətində istifadəçilərin sayının azalması və maliyyə itkiləri problemlərinin həlli durur.

Twitter şirkətinin icraçı direktoru Cek Dorsi

Twitter şirkətinin icraçı direktoru Cek Dorsi

Qərargahı San-Fransiskoda yerləşən Twitter şirkəti istifadəçi bazasını 300 milyondan artıq səviyyəyə çatdırmaq kimi problemlə qarşılaşıb.

Şirkət işçilərinə ixtisarlar aparılacağı ilə bağlı elektron mesajında Cek Dorsi struktur dəyişikliyinin şirkətin daha güclü inkişaf yoluna qoyulması üçün aparıldığını yazıb.

Cek Dorsi 2007-2008-ci illərdə Twitter şirkətinin rəhbəri və iyun ayında Dik Kostolonun istefasından sonra müvəqqəti icraçı direktor olub.

XS
SM
MD
LG