Accessibility links

Twitterdə blogerləri müdafiə kampaniyası başlayıb


Twitterdə kampaniya başlanib

Twitterdə kampaniya başlanib

Kampaniya İsveç İnternet Forumunun təşəbbüsü ilə keçirilir. Azərbaycanda 4 bloger həbsdədir

Mayın 20-dən İsveç İnternet Forumunun təşəbbüsü ilə internet fəalları, blogerlər, aktiv sosial şəbəkə istifadəçilərinin müdafiəçisi üçün Twitterdə kampaniya başlanib. Kampaniya ‪#‎InternetFreedom və ‪#‎SIF14 haştaqlarından istifadə olunmaqla həyata keçirilir.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan ictimaiyyətini kampaniyaya qoşularaq həbsdə olan blogerlər haqqında paylaşmalar etməyə çağırır.

“Azərbaycanda hazırda 4 nəfər – Rəşad Ramazanov, Elsevər Mürsəlli, Əbdül Əbilov və Ömər Məmmədov - blogerlik və internet üzərindən aktiv fəaliyyətinə görə həbsdədir. Bu kampaniya bizə imkan yaradır ki, dostlarımıza dəstək verək”, Cəfərov Amerikanın Səsinə bildirib.

Artıq İsveç Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə bir neçə ildir ki, İsveç İnternet Forumu keçirilir. Forumun keçirilməsində məqsəd müxtəlif ölkələrdə internet, blogerlər, aktiv sosial şəbəkə istifadəçiləri və bu sahə ilə bağlı digər problemləri diqqətdə saxlamaq, beynəlxalq ictimaiyyətin diqqətini bu sahəyə yönəltməkdir.
XS
SM
MD
LG