Accessibility links

Dünən Twitterin səhmləri ilk dəfə birjada satışa çıxarıldıqdan cəmi bir necə saat sonra məşhur sosial şəbəkə internet səhifəsinin qiyməti təxminən iki dəfə artıb.

Baş qərargahı ABŞ-da olan şirkətin səhmləri ilkin olaraq 26 dollara satışa çıxarılsa da günün sonunadək qiymət 45 dollara yüksəlib.

Təxminən 230 milyon istifadəçisi olan Twitter üzvləərinə 140 işərədən az olmaq şərti ilə qısa mesajları göndərməyə icazə verən sosial şəbəkədir.

Twitter özəl şirkət olub. Ancaq dünən səhmlər ilkin ictimai satışa çıxarıldıqdan sonra artıq şirkətin 2 milyard dollarlıq səhmləri satılıb. Bu, keçən il digər sosial şəbəkə saytı Facebook-un satışa çıxarılmasından sonra qeydə alınan ilk belə yüksək rəqəmdir.
XS
SM
MD
LG