Accessibility links

Utor qasırğası səbəbi ilə on minlərlə insan evakuasiya edilib


Utor qasırğası Çinin cənub sahillərini vuraraq, güclü küləyi və yağışları ilə Honq-Konqa və Quandun əyalətinə doğru irəliləyib.

Qasırğanın həddən artıq güclü olması səbəbindən on minlərlə insan evakuasiya edilməli olub. Honq-Konqun Səhm Birjası da daxil edilməklə, məktəblər və idarələr bağlanıb. Bölgədə yüzlərlə uçuş təxirə salınıb, 25 mindən çox balıqçı qayığı sahilə çağırılıb.

Lakin bütün bunlara baxmayaraq, Çindən nə itki, nə də xəsarət barədə məlumat alınmayıb.

Qasırğa bu həftənin əvvəli Filippindən keçərək azı 6 nəfərin ölümünə, 30 min nəfərin isə yaşadıqları əraziləri tərk etməsinə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG