Accessibility links

Təyyarədə terror aksiyasının qarşısı alınıb


)
)

ABŞ rəsmiləri Əl-Qaidənin ABŞ-a uçan təyyarəni partlatmaq planının qarşısını alıb. Vaşınqtonda rəsmilər əl-Qaidənin Yəməndəki filialının üzərinə partlayıcı qurğu bərkidilmiş intiharçının US-bound təyyarəsinə daxil olmağa cəhd etdiyini deyib. Rəsmilər təxribatın aşkar edildiyini və bombanın təyyarəni təhlükə ilə üz-üzə qoymazdan əvvəl qarşısının alındığını deyib. Ağ Evdə Dövlət Təhlükəsizlik Şurasının nümayəndələri dünən bəyanatda deyib ki, ABŞ prezidenti Barak Obama ilk dəfə təxribat barədə aprel ayında xəbərdar olub və vəziyyət barədə müntəzəm olaraq məlumat alıb. ABŞ müdafiə Naziri Leon Panetta deyib ki, ABŞ mümkün hücumlara hazır olmalıdır. Associated Press hücumun Yəməndə hazırlandığını və Üsama Bin Ladenin ölümünün birinci ildönümünə yaxın gün həyata keçirilməsinin planlaşdırıldığını deyib.

XS
SM
MD
LG