Accessibility links

Üç ölkə Şimali Koreyanın təxribat xarakterli davranışlarına qarşı həmrəylik göstərir


Üç ölkə Şimali Koreyanın təxribat xarakterli davranışlarına qarşı həmrəylik göstərir
Üç ölkə Şimali Koreyanın təxribat xarakterli davranışlarına qarşı həmrəylik göstərir

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın aqressiv və təxribat xarakterli davranışlarına qarşı həmrəylik göstərir. Vaşinqtonda Yaponiya xarici işlər naziri Seiji Maehara və cənubi koreyalı həmkarı Kim Sunq-Hvanla görüşən Hillari Klinton noyabr ayında Şimali Koreyanın Cənubun adalarına, martda isə Çeonan hərbi gəmisinə etdiyi hücumu müzakirə edib. Görüşdən sonra xanım Klinton deyib ki, Birləşmiş Ştatlar Cənubi Koreya xalqı ilə çiyin-çiyinə dayanır və onların mühafizəsi barədə öhdəliyinə sadiqdir. Hər üç diplomat deyib ki, onlar Şimali Koreyanın yaxın müttəfiqi olan Çinin gələcək diplomatik təşəbbüslərdə vacib rol oynayacağına ümid edir.

XS
SM
MD
LG