Accessibility links

Üç rus casus ABŞ federal məhkəməsinə çıxarılır


Onlar Mixail Kutzik, Natalya Pereverzeva və Mixail Semenkodur

10 ildən çoxdur ki, ABŞ-da Kreml üçün casusluq etməkdə şübhəli bilinən 3 rus bu gün Birləşmiş Ştatlarda federal məhkəməyə çıxarılacaq. İddiaçı tərəfin şübhəliləri qarşı dəlillər təqdim edəcəyi gözlənilir. Bu üç nəfər Mixail Kutzik, Natalya Pereverzeva və Mixail Semenkodur. Onların hər üçü Vaşinqton ətrafında yaşayırdılar və təhqiqatçılar deyir ki, Kurzik və Pereverzeva saxta kimliklərdən istifadə ediblər. Keçən həftə Nyu-York, Boston və paytaxt Vaşinqton ətrafında xarici hökumətə casusluq etməkdə şübhəli bilinən 10 nəfər həbs edilib. Onlardan 6-na qarşı artıq ittiham irəli sürülüb, bir nəfər isə zaminə buraxılıb. Şübhəlilərdən heç biri ciddi casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunmayıb.

XS
SM
MD
LG