Accessibility links

Pilotsuz uçuş aparatı ələ keçirilib


Pilotsuz uçan aparatı (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Pilotsuz uçan aparatı (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti ələ keçirilmiş pilotsuz uçuş aparatının fotolarını da yayıb.

Tərəflərin rəsmi mənbələrinin məlumatlarına əsasən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprel ayında hər iki tərəfə məxsus çoxsaylı poilotsuz uçuş aparatları vurulub. Azərbaycan Müdafiə Nazirliyi isə apreldə erməni tərəfinin iki pilotsüz uçuş aparatını xüsusi üsulla endirərərk ələ keçirdiyini bildirib.

XS
SM
MD
LG