Accessibility links

Kembric hersoqu və hersoginyası Avstraliyada qonaq qaldıqları evdə son axşamı kokteyl məclisi ilə qeyd edib.

Ev sahibi kral ailəsinin onun evində qonaq olmasını tarixi an adlandırıb.
People.com yazır ki, Avstraliya qubernatoru ser Piter Kosqrov bu səfəri Uilyamın ulu babası, kral Altıncı Corcun 1927-ci ildə səfərinə bənzədib.

Uilyam və Keyt əlbəttə bu səfərə balaca şahzadə Corcu da özü ilə götürüb. Kral Corc və onun xanımı 25 il sonra kraliça olacaq 13 aylıq İkinci Yelizavetanın valideyinləri idi.

Uilyam və Keyt bundan əvvəl Yeni-Zellandiyada səfərdə olublar. 32 yaşlı Keyt sarı rəngli geyim dəstində olduqca cazibədar görünürdü.

Parlamentdə 600 qonağın iştirakı ilə keçirilən məclisdə cütlük kino ulduzlar, idmançılar, dizaynerlər və siyasətçilərlə görüşüb.

Avstraliya dizaynerləri ilə çox maraqlandığını deyən Keyt yəqin ki, yerli geyim mağazalarına gedə bilmədiyinə görə təəssüf hissi keçirib.

People.com yazır ki, Keyt mağazaları uzaqdan, avtomobilin pəncərəsindən seyr edib.
XS
SM
MD
LG